Dokka Umarov

Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri.

Dokka Umarov
çeç. Ӏумаров Хьамади кӀант Докка
ƏvvəlkiAbdul-Xalim Sadulayev
SonrakıQafqaz Əmirliyi quruldu
Əhməd Zakayev (İmarat Qafqazın tərəfdarları tərəfindən tanınmamışdır)
ƏvvəlkiAbdul-Xalim Sadulayev
SonrakıŞamil Basayev
PrezidentAslan Masxadov
Qafqaz Əmirliyinin 1-ci əmiri
Eyni zamanda Noxçiyo vilayətinin valisi (əmiri)
ƏvvəlkiDövlət quruldu
SonrakıƏliəshab Kebekov
Noxçiyo vilayətinin 1-ci valisi (əmiri)
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıAslan Bütukayev
Şəxsi məlumatlar
Doğum tarixi 13 aprel 1964(1964-04-13)[1]
Vəfat tarixi 7 sentyabr 2013(2013-09-07)[1] (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti siyasətçi
Dini islam, vəhhabilik, Sələfiyyə
Hərbi xidmət
Mənsubiyyəti Çeçen İçkeriya Respublikası, Qafqaz Əmirliyi
Döyüşlər
Rütbəsi briqada generalı (1996), diviziya generalı[d]
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti_3" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti_4" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti_2" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti_5" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti" (bu yazı yalnız sınaq görünüşündə görünür.).

Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir.

Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb.

Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.

İkinci çeçen müharibəsi zamanı – 2000-ci ildə Qroznıda çənəsindən yaralanıb. 2002-ci ildə çeçen silahlılarının qrupunda qərb cəbhəsinin komandanı, 2004-cü ildə Milli Təhlükəsizlik Xidmətinin direktoru, 2005-ci ildə vitse-prezident təyin olunub.

Hazırkı Çeçenistan administrasiyasını tanımayan çeçen döyüşçüləri Umarovu İçkeriya Respublikasının son prezidenti (2006-2007) kimi qəbul edir.

Umarov eyni zamanda özünü Qafqaz Əmirliyinin rəhbəri elan edib. Rusiyaya qarşı bir çox terror aktlarının təşkilində günahlandırılır. 29 mart 2010-cu ildə Moskva Metropolitenində törədilmiş terror aktlarını görə məsüliyəti öz üzərinə götürüb.

2013-cü ilin iyul ayında zəhərlənərək öldürülmüşdür.

  1. 1 2 Cunningham J. M. Doku Umarov // Encyclopædia Britannica (ing.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search